VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 30 Kasım -1 00:00:00

0 Şərh

Dəfə Oxundu.

Zəhmətkeş ziyalı Həmidxan Almasovu siz də tanıyın-Yardımlı

Bir millətin gələcəyi onun təhsili ilə ölçülür desək yanılmarıq.  Ölkəmizdə təhsilin keyfiyyətinin artırılmasına dövlətimiz  xüsusi diqqət yetirir. Bu səbəbdəndir ki, ölkədaxili islahatlarla yanaşı ölkənin təhsil sistemində də önəmli islahatlar aparılmaqdadır.

Yardımlı rayonunda təhsilə töhfəsini verən müəllim ziyalıəlarımızda az deyil. Həmin müəllimlərdən biri də Həmidxan Almasovdur. Uzun illərin müəllim təcrübəsinə malik olan Həmidxan Almasov, bu illər ərzində çoxsaylı şagirdlər yetişdirməklə, onlara tələbə adını qazandırıb.

Əməyinin dəyərləndirilməsi baxımından haqqında bəhs etdiyimiz zəhmətkeç ziyalı Həmidxan Almasov haqqında qısa bir məlumat verməyi özümüzə borc bilirik.

Almasov Həmidxan Ziyadxan oğlu-1958-ci ildə Yardımlı rayonunun Bozayran kəndində anadan olub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirib, 1977-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. Universitetin Tarix fakültəsini 1985-ci ildə bitirdikdən sonra, hərbi xidmətə yola düşüb. Hərbi xidmətini başa vurduqdan sonra, 1984-cü ildən Bozayran kənd orta məktəbində müəllim kimi işə başlayır. Daha sonra 1987-89-cu illərdə Marksizım və Leninizm Universitetini fərqlənmə ilə bitirib. 1993-cü il tarixdə Azərbaycanın müstəqillik dönəmində Yeni Azərbaycan Partiyasının Yardımlı rayon təşkilatının ilk yaradıcılarından biri olub. Yardımlı rayonu Heydər Əliyev Mərkəzində “Yeni Azərbaycan Partiyasını və Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur”mövzusunda təmənnasız olaraq kurs seminarlarda tədrisi həyata keçirib. 2010-cu ildən Məktəb Həmkarlar Komitəsinin sədri, rayon Həmkarlar Komitəsi İdarə Heyyətinin üzvüdür.

Həmidxan müəllimin uğurları bununla bitmir.

Belə ki, 26 illik müəllimlik fəaliyyətində 100-lərlə şagirdlərin tələbə adını qazanmasına, 10-la tələbənin tarixçi kimi öz ixtisaslarını davam etdirmək üçün hazırlamağa nail olmuşdur. Xüsusi yetişdirdiyi 10-la tələbəsindən biri olan İsmayıl Sədizadə bu il,  tarix fakültəsindən zona üzrə birinci yerin qalibi adını qazanmışdır.  Peşəkar müəllim Həmidxan Almasov əmindir ki, yetişdirdiyi tələbəsi Respublika turunda da birinci yeri qazanacaq.

Zəhmətkeş ziyalı Həmidxan Almasova  bundan sonrakı fəaliyyətində  də uğurlar arzu edirik.

Əkbər Sadiyev / UTVİNFO xəbər

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR